📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mingəçevirdə çarəsiz qalan ata: "1 yaşlı övladımın müalicəsinə kömək edin" - VİDEO

2026-09-09 21:04:38

Mingəçevirdə çarəsiz qalan ata:

Mingəçevirdə azyaşlı övladının müalicəsinə imkanı çatmayan ailə kömək gözləyir

Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Həsənzadə Elçin Yusif oğlu ağır xəstəlikdən əziyyət çəkən 1 yaş 4 aylıq övladının müalicəsi üçün aidiyyəti dövlət qurumlarına və ictimaiyyətə müraciət edib.

4 nəfərdən ibarət olan ailənin aylıq gəlirinin cəmi 367 manat təşkil etdiyini bildirən valideyn, bu məbləğin gündəlik ehtiyacları və körpənin müalicə xərclərini qarşılamağa kifayət etmədiyini vurğulayır. 2025-ci il təvəllüdlü Həsənzadə Atilla Elçin oğlunda anadangəlmə ciddi sağlamlıq problemləri, o cümlədən onurğa və bel əyriliyi müəyyən olunub.

Vaxtında aparılan reabilitasiya və masaj prosedurlarından sonra müsbət irəliləyişlər əldə edilsə də, maddi imkansızlıq səbəbindən müalicə prosesi dayanıb. Atilla hazırda yaşına uyğun olaraq müstəqil yeriyə və ayaq üstə dura bilmir.

Valideyn Elçin Həsənzadə aidiyyəti qurumlardan və xeyriyyəçilərdən aşağıdakı məsələlərdə dəstək olmalarını xahiş edir:

Əlaqə məlumatı:

Ünvan: Mingəçevir şəhəri, Nizami küçəsi 10/37, mənzil 53

Telefon: 055 649 26 51