📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MİLLİ KOMANDADA ŞOK: Kokain testindən keçə bilmədi

2026-07-25 11:28:07

MİLLİ KOMANDADA ŞOK: Kokain testindən keçə bilmədi

Avstraliya millisinin və “Sassuolo”nun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə qalmaqalla gündəmə gəlib.

Hurriyyet.media xəbər verir ki, polis 22 yaşlı futbolçunu bir gecədə iki dəfə sürət həddini aşdığına görə saxlayıb.

Yoxlama zamanı aparılan narkotik testi kokainə görə ilkin müsbət nəticə verib. Volpatonun sürücülük vəsiqəsinin ştat ərazisində qüvvəsi müvəqqəti dayandırılıb, əlavə laborator analiz üçün nümunə götürülüb. 

Avstraliya Futbol Federasiyası futbolçu ilə əlaqə saxladıqlarını və prosesi izlədiklərini bildirib. 

Qeyd edək ki, daha əvvəl İtaliyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edən yarımmüdafiəçi may ayında Avstraliya millisini seçib. O, DÇ-2026-da 3 matçda oynayıb və komandasının 1/16 finala yüksəlməsinə kömək edib.