📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MHP-nin qurultay tarixi açıqlandı

2026-05-01 18:27:26

MHP-nin qurultay tarixi açıqlandı

Türkiyədə Milliyyətçi Hərəkat Partiyası (MHP) növbəti qurultay prosesinə start verir.

Publika.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini Semih Yalçın bildirib.

Onun sözlərinə görə, rayon və vilayət qurultayları 7 may 2026-cı ildən başlayacaq. Bu mərhələ başa çatdıqdan sonra MHP-nin 15-ci Adi Qurultayı 7 mart 2027-ci ildə keçiriləcək.

Yalçın qeyd edib ki, partiya uzun illərdir Türkiyənin siyasi həyatında aktiv rol oynayır və müxtəlif çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir.

O, həmçinin MHP lideri Dövlət Baxçalı tərəfindən irəli sürülən “Terrorsuz Türkiyə” təşəbbüsünə də toxunaraq bildirib ki, bu proses siyasi partiyalar üçün ciddi sınaqdır və terrorun tamamilə aradan qaldırılması əsas hədəfdir.