📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ

2026-06-29 19:32:18

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ

İyulun 1-dən Bakı metropoliteninin "Bənövşəyi xətti"ndə yay qrafikinin tətbiqinə başlanılır.

Bu barədə Hurriyyet.info -ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, xətt üzrə qatarların hərəkəti "Xocəsən-8 Noyabr" və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.

Qeyd edək ki, yay qrafikində qatarların "Avtovağzal-8 Noyabr" sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.

Xətt üzrə davamlı mintorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.

"Bənövşəyi xətt" üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.

Linkə keçid edərək yay qrafiki üzrə "Xocəsən" stansiyasından qatarların hərəkət cədvəli ilə tanış ola bilərsiniz:

https://metro.gov.az/storage/files/to-bakmil/9551/QSGiBvWmyjzVZWJzlAhvY6quWYL3w9sw3fEsJZxK.pdf