📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur kanalın keçmiş əməkdaşı uşaq pornoqrafiyasına görə saxlanıldı

2026-05-06 19:01:56

Məşhur kanalın keçmiş əməkdaşı uşaq pornoqrafiyasına görə saxlanıldı

Moskvada federal telekanallardan birinin 24 yaşlı keçmiş əməkdaşı saxlanılıb. O, uşaq pornoqrafiyası ilə bağlı 40 epizodda ittiham olunur.

Hurriyyet.az  xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Həmin şəxsə qarşı cinayət işi açılıb və o, dindirilmə zamanı törətdiyi əməlləri etiraf edib.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlum olub ki, saxlanılan şəxs 2022-ci ilin fevralından 2024-cü ilin mayına qədər telefonunda pedofiliya xarakterli materiallar saxlayıb. O, həmçinin bu materialları müxtəlif yazışmalarda başqa şəxslərlə də paylaşıb.

Bildirilir ki, saxlanılan şəxs əvvəllər Biryulevo-Vostoçnoye rayonunda bələdiyyə deputatlığına namizədliyini də irəli sürüb.