📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mərdan minlərlə tamaşaçını coşdurdu

2026-09-03 17:49:47

Mərdan minlərlə tamaşaçını coşdurdu

Müğənni Mərdan Kazımov Bakıda keçirilən məşhur musiqi festivalı çərçivəsində səhnə alıb.

Hurriyyet.media  xəbər verir ki, yay boyu davam edən musiqi festivalı ötən gün başa çatıb. Festivalın son günündə səhnəyə ilk çıxan Mərdan Kazımov minlərlə tamaşaçıya unudulmaz və coşqulu anlar yaşadıb.

Sənətçinin ifası zamanı tamaşaçılar da ona qoşularaq Mərdan Kazımovun repertuarında yer alan mahnıları bir ağızdan səsləndiriblər. Səhnə qarşısında yaranan izdiham və yüksək əhval-ruhiyyə festivalın finalına xüsusi rəng qatıb.

Mərdan Kazımovun çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.