📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Məktəb direktorları arzu əsasında işə gəlirlər”

2026-09-11 14:11:41

“Məktəb direktorları arzu əsasında işə gəlirlər”

“Mənim şəxsi mülahizələrimə görə, məktəb direktorları arzu əsasında işə gəlirlər. Düşünürlər ki, “mən arzu edirəm ki, məktəb direktoru olum”.

Hurriyyet.media  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

“Əslində isə müəllimdən metodist, metodistdən direktor müavini, müavindən direktor yetişməlidir. Biz bu ildən bu prosesə başlamışıq. Hazırda bizdə metodist sayı 500 civarındadır. Bu rəqəmə 3 ilə gəlib çatmışıq. Lakin bu say azdır. Bu rəqəm çox olmalıdır, 5-6 min metodistimiz olmalıdır.

Belə adamlar 1 neçə il işləyəndən sonra direktor olanda işlərimiz çox yaxşı gedəcək. İmtahanda çox bal toplamış müəllimi direktor seçmək doğru deyil”, - nazir əlavə edib.