📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məkkə sazişi işə düşür – Müttəfiqlərimizdən XƏBƏRDARLIQ

2026-09-11 20:19:08

Məkkə sazişi işə düşür – Müttəfiqlərimizdən XƏBƏRDARLIQ

"Biz bu paktın (Məkkə Müdafiə İttifaqı) şərtləri ilə bağlı öhdəlik daşıyırıq və əgərmüttəfiqlərimizə qarşı təcavüz olarsa, öhdəliklərimizi yerinə yetirəcəyik. Bu məsələdəheç bir qeyri-müəyyənlik olmamalıdır".

Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif Geo TV-yə müsahibəsində deyib.

Xavaca Asif: Pakistan Əfqanıstanda daha çox hava hücumu etməkdən  çəkinməyəcək » Reportyor.az

Nazir qeyd edib ki, husilər SəudiyyəƏrəbistanına endirdikləri zərbələrin sazişinaktivləşməsinə səbəb ola biləcəyinianlamalıdırlar. Bundan bir gün qabaq isəTürkiyə husiləri xəbərdar etmişdi.

Bəs Məkkə sazişi nə vaxt və necə işə düşə bilər? Eyni xəbərdarlıq İrana da ediləcəkmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, pakt tezliklə işə düşməyəcək.

Ekspert Musavat.com-a bildirib ki, bunun obyektiv səbəbləri var: “İranın dəstəklədiyi Ənsar Allah (Husi) qruplaşması Yəməndə kövrək atəşkəsi pozaraq genişmiqyaslı quru hücumuna başladı. Onlar strateji Mokha limanını ələ keçirdilər və Bab əl-Məndəb boğazı yaxınlığındakı əsas mövqelər üzərində faktiki nəzarəti saxlayıraq Səudiyyə Ərəbistanının dəniz blokadasını elan etdilər. Eyni zamanda, krallığın cənub şəhərlərinə və neft emalı obyektlərinə kütləvi dron və ballistik raket zərbələri endirdilər ki, nəticədə onlarla mülki şəxs həlak oldu. Belə olan halda sual yaranır, bəs Məkkə paktının rolu nədən ibarət olmalıdır? Husilərin yeni hücumları Məkkə sazişinin avtomatik olaraq işə salınması üçün hüquqi presedent yaradırmı?”

İlham İsmayılın səhhəti ilə bağlı AÇIQLAMA | KONKRET

Ekspertin sözlərinə görə, Pakistanın mövqeyi müdafiə naziri Xavaca Məhəmməd Asif tərəfindən rəsmi olaraq belədir: “İslamabad husilərin Ər-Riyada endirdiyi zərbələri öz ərazisinə hücum kimi qiymətləndirir. İlk mərhələdə Səudiyyə Ərəbistanının rəsmi tələbi olarsa, Pakistanın husilərin mövqelərinə hava hücumları etməyə hazır olduğu barədə məlumatlar yayıldı, amma Pakistanın Xarici İşlər Nazirliyi ritorikanı yumşaltmaq üçün bildirdi ki, hazırda birbaşa hərbi əməliyyatlar masada deyil, lakin ölkəsi "vaxtı çatanda öhdəliklərini yerinə yetirəcək".

Onun fikrincə, Türkiyənin mövqeyi daha yumşaqdır: “Türkiyə paktın hərbi-sənaye bazası ilə yanaşı, "kollektiv çəkindirmə"yə sadiqliyini təsdiqləsə də, Yəməndəki müharibədə və İranla münasibətlərin gərginləşməsində birbaşa iştirakdan çəkinməyə çalışır. Hesab edirəm ki, İranın hər iki dövlətə hansısa formada təsiri olduğundan Məkkə paktı tezliklə işə düşməyəcək. Buradan belə nəticə çıxarmaq olar ki, Pakistan və Türkiyə İrana deyil, əksinə, İran bu dövlətlərə xəbərdarlıq edib. Bu vəziyyət bütövlükdə Məkkə paktının bölgədə rolunu şübhə altına alır və perspektiv genişlənməsinin olmayacağından xəbər verir”.