Mehriban Əliyevadan Nəriman Həsənzadənin ölümü ilə bağlı - Paylaşım
2026-08-01 15:40:05
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım edib.
Hurriyyet.Media xəbər verir ki, paylaşımda deyilir:
“Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaqdır. Allah rəhmət eləsin”.