📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkəmə Sarkisyanın qardaşı barədə qərar verdi

2026-06-19 19:33:33

Məhkəmə Sarkisyanın qardaşı barədə qərar verdi

Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarqsyan barəsində çıxarılmış həbs qərarını ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə "Armenia Today" nəşrinə Ermənistanın Antikorrupsiya Məhkəməsi məlumat verib.

Məhkəmədən bildirilib ki, prokurorluğun əvvəlki qərarla bağlı verdiyi şikayət icraata qəbul edilməyib.

Beləliklə, Aleksandr Sarksyanın həbsi ilə bağlı qərar qüvvədən düşmüş hesab olunur.

Qeyd edək ki, Aleksandr Sarksyan son illərdə Ermənistanda müxtəlif korrupsiya və maliyyə xarakterli araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub.