📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhəmməd Muradlı Özbəkistanda keçirilən beynəlxalq şahmat turnirində birinci olub

2026-06-14 22:56:18

Məhəmməd Muradlı Özbəkistanda keçirilən beynəlxalq şahmat turnirində birinci olub

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

Hurriyyet.info  xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.

Yeddi turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

M.Muradlı nəticədən asılı olmayaraq yarışda birinci pilləni qoruyacaq.