MDB-nin daha bir sazişindən çıxdılar
Moldova hökuməti “Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişi denonsasiya edib.
Hurriyyet.media TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Moldova Nazirlər Kabinetinin iclasında qəbul edilib.
“Hazırda insan alverinə qarşı mübarizə daha aktual beynəlxalq alətlərə, o cümlədən Avropa Şurasının Konvensiyasına, Avropa tərəfdaşları və İnterpolla əməkdaşlıq mexanizmlərinə əsaslanır. Müvafiq olaraq, biz artıq indiki reallıqları və mexanizmləri əks etdirməyən sazişdən imtina edirik”, - ölkənin daxili işlər naziri Daniela Misail-Nikitina bildirib.
Qərar rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Moldova rəsmi olaraq 2027-ci ilin aprelində MDB-ni tərk edəcək. Kişineu daha əvvəl MDB-nin əsas müqavilələrindən çıxıb, həmçinin digər sazişlərin denonsasiyasına başlayıb. Bununla belə, Moldova tərəfi 17 sazişdə iştirakını saxlamaq istəyini ifadə edib.