📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mayın 17-si Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü olub

2026-05-17 20:02:10

Mayın 17-si Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü olub

Bakı və Abşeronda 2026-cı ildə ən çox yağıntı mayın 17-nə təsadüf edib.

"Report"un məlumatına görə, mayın 17-də Bakı və Abşerona 9 saat ərzində 103 mm yağıntı düşüb ki, bu da iqlim normasının 523 %-ni təşkil edir.

Qeyd edək ki, martın 27-də 15 saat ərzində düşən yağıntının miqdarı 58 mm (iqlim normasının 246 %-i), martın 28-də 24 saat ərzində 85 mm (360 %) qeydə alınıb.

Apreldə ayın 5-də 21 saat ərzində 29 mm (128 %), ayın 6-da 15 saat ərzində düşən yağıntının miqdarı 61 mm (264 %) olub.