Mavriki Prezidenti Azərbaycana gəldi
2026-05-17 19:59:59
Mavriki Prezidenti Daramber Qoxul BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.
Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
