📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Markus Reşford karyerasında ilki yaşadı

2026-05-11 15:08:08

 Markus Reşford karyerasında ilki yaşadı

İspaniya La Liqasının XXXV turunda "Real"ı məğlub edərək vaxtından əvvəl birinci yeri özü üçün təmin edən "Barselona"nın futbolçusu Markus Reşford karyerasında ilk dəfə çempionluq sevinci yaşayıb.

Milli.Az xəbər verir ki, 28 yaşlı hücumçu "Kral klubu" ilə ötən günkü matçda ilk qolun müəllifi olub.

"Barselona" Reşfordu 2025/2026 mövsümünün əvvəlində İngiltərə təmsilçisi "Mançester Yunayted"dən icarə əsasında heyətinə qatıb.

Bu, 2016-cı ildən bəri "qırmızı şeytanlar"ın heyətində yer alan Reşfordun karyerasındakı ilk çempionluq tituludur.

Qeyd edək ki, "Barselona" 91 xalla turnir cədvəlinin ilk sırasında yer alıb. Ən yaxın izləyicisi "Real" isə 77 xalla ikincidir.