Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
2026-07-29 11:11:23
Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.
Hurriyyet.media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.