📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib

2026-06-26 18:09:19

Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Dövlət başçılarının Belarus-Rusiya əməkdaşlığının gündəliyindəki əsas məsələləri, bölgədəki və dünyadakı vəziyyəti müzakirə etmələri planlaşdırılır.