📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Luka Modriç mundiallar tarixinə düşdü

2026-06-28 14:44:20

Luka Modriç mundiallar tarixinə düşdü

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç futbol üzrə dünya çempionatları tarixində məhsuldar ötürmə edən ən yaşlı futbolçu olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb.

Bildirilib ki, bu statistika 1966-cı ildən etibarən aparılır.

İyunun 28-nə keçən gecə keçirilən DÇ-2026-nın qrup mərhələsinin III tur matçında Xorvatiya millisi Qananı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada Nikola Vlaşiçin qələbə qoluna məhsuldar ötürməni edən Luka Modriç həmin rekorda 40 yaş 291 günlüyündə imza atıb.

Hazırda "Milan" klubunun formasını geyinən təcrübəli yarımmüdafiəçi karyerasında beşinci dünya çempionatında çıxış edir.

Qrupu ikinci pillədə başa vuran Xorvatiya millisi 1/16 final mərhələsində Portuqaliya ilə üz-üzə gələcək.