Lökbatanda yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır - YENİLƏNİB-4
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Hurriyyet.az-aa Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Hurriyyet.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.