📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Liverpul” 18 yaşlı qapıçı ilə razılığa gəldi

2026-09-01 12:17:33

“Liverpul” 18 yaşlı qapıçı ilə razılığa gəldi

İngiltərənin “Liverpul” klubu “Genk”in 18 yaşlı belçikalı qapıçısı Lukka Brugmansın transferi ilə bağlı razılığa gəlib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Transferin ümumi dəyəri təxminən 35 milyon avro olacaq. Brugmans isə İngiltərə klubuna yalnız 2027-ci ilin yayında qoşulacaq.

“Liverpul” artıq futbolçunun tibbi müayinədən keçməsi üçün icazə alıb. Bundan sonra tərəflərin rəsmi prosedurları tamamlaması gözlənilir.

Qeyd edək ki, belçikalı qolkiper həm Belçika, həm də Niderland futbol məktəblərinin yetirməsidir. O, 2024-cü ildən “Genk”in əsas komandasında çıxış edir.

“Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 4 milyon avro qiymətləndirir.