📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lerik sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

2026-07-30 16:38:30

Lerik sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report