Lənkəran və Astaraya leysan yağdı
2026-09-13 18:12:24
Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Hurriyyet.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 14:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.