📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: KTMT üzvlük haqlarının ödənilməməsi səbəbindən Ermənistana nizamnamə maddəsinin tətbiqinə baxacaq

2026-06-10 18:22:18

Lavrov: KTMT üzvlük haqlarının ödənilməməsi səbəbindən Ermənistana nizamnamə maddəsinin tətbiqinə baxacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri Ermənistan tərəfindən iki ildən çox müddətdə üzvlük haqlarının ödənilməməsi səbəbindən ölkəyə qarşı təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiqini nəzərdən keçirmək barədə razılığa gəliblər.

Hurriyyet.info  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin xarici işlər naziri Sergey Lavrov Kazanda KTMT Xarici İşlər Nazirləri Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.