📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lamin Yamal “Barselona”nın tarixinə düşdü

2026-09-10 11:25:36

Lamin Yamal “Barselona”nın tarixinə düşdü

Lamin Yamal “Barselona”nın tarixinə düşüb.

Hurriyyet.media  xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçu klub tarixinin ən gənc kapitanı olub.

Belə ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Feyenoord”la matçda (5:1) Rafinya oyundan çıxarkən kapitanlıq sarğısını 19 yaşlı Yamala verib.

Beləliklə, o bu sarğını daşıyan ən gənc oyunçu adına yiyələnib. Buna qədər isə “Barselona”nın ən gənc kapitanı Boyan Krkiç olub.

B.Krkiç 20 yaşında İspaniya kubokunda kapitanlıq sarğısını taxmışdı.