📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kuşnerdən Putinlə görüş haqqında AÇIQLAMA: "Çox yaxşı dialoq alındı"

2026-09-07 16:31:41

Kuşnerdən Putinlə görüş haqqında AÇIQLAMA:

ABŞ Prezidentinin kürəkəni və xüsusi emissarı Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən danışıqların nəticələrini müsbət qiymətləndirib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Kuşner nəşrə verdiyi açıqlamasında görüşün məhsuldar keçdiyini vurğulayıb: "Bu, çox yaxşı və səmərəli dialoq oldu. Biz çoxlu suallar verdik, o da öz növbəsində bir çox məsələləri qaldırdı".

"WSJ"nin məlumatına görə, Moskva səfəri zamanı Rusiya və Ukrayna arasında birbaşa sülh danışıqlarının bərpa olunması yolları ətraflı müzakirə edilib. ABŞ nümayəndə heyətinin Kiyevə reallaşan növbəti səfərində isə Ukraynaya qış mövsümü üçün nəzərdə tutulan kömək paketi, o cümlədən Hava Hücumundan Müdafiə (HHM) sistemləri və energetika sektoruna dəstək məsələləri diqqət mərkəzində olub.