Küçədə infarkt keçirən şəxsi həyata belə qaytardı - VİDEO
2026-09-11 19:48:40
Sosial şəbəkələrdə küçədə infarkt keçirən şəxsin həyatının xilas olunmasını əks etdirən görüntülər yayılıb.
Hurriyyet.media “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisənin Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verdiyi bildirilib.
Belə ki, marşrut avtobusu gözləyən kişinin halı qəfil pisləşib və o, yerə yıxılıb.
Həmin vaxt ərazidən keçən həkim Nicat Cahangirli ona ilkin tibbi yardım göstərib və ürək masajı edib.
İlkin məlumata görə, həkimin vaxtında müdaxiləsi həmin şəxsin həyatının xilasına səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik: