Krımda fövqəladə vəziyyət: Yarımada qaranlığa qərq oldu
2026-06-25 15:42:49
Krımda bütün yarımada boyu elektrik enerjisinin verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hurriyyet.info xəbər verir ki, "Kommersant"ın yaydığı məlumata görə, bu qərar Qara Dəniz Regional Dispetçer İdarəsinin dispetçerinin göstərişi ilə qəbul edilib.
Rayonlar üzrə dəqiq saatlıq söndürülmə qrafikləri hələlik dərc olunmayıb - məhdudiyyətlər nöqtəvi şəkildə və ehtiyac yarandıqca tətbiq ediləcək.
Şirkətdən izah ediblər ki, bu addım elektrik şəbəkələrinin həddindən artıq yüklənməsinin qarşısını almaq və regionun enerji sistemində irimiqyaslı qəzanın qarşısını almaq məqsədi daşıyır.