📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi

2026-09-13 14:38:12

Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi

Norveç Kral Sarayı Kral Haraldın böyük bacısı, Şahzadə Astridin 94 yaşında vəfat etdiyini açıqlayıb.

Hurriyyet.media -nın  “Euronews”a istinadən məlumatına görə, Şahzadə Astrid Kral Haraldın dəfn mərasimindən iki gün sonra dünyasını dəyişib.

Şahzadə Astrid nənəsi, Tac Şahzadəsi Martanın vəfatından sonra 22 yaşında Norveçin birinci xanımı rolunu üzərinə götürüb. O, xüsusilə cəmiyyətin həssas təbəqələrinə qayğı göstərməsi ilə seçilib və bu vəzifəni uzun illər sədaqətlə yerinə yetirib.

Şahzadə Astrid sonuncu dəfə sentyabrın 9-da Kral Haraldın Oslo Katedralında keçirilən dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb. Mərasimdə xarici kral ailələrinin üzvləri və dünya liderləri də iştirak edib.

Norveç Kral Sarayı Astridin dəfn mərasimi günü saray eyvanındakı bayrağın yarıya endiriləcəyini açıqlayıb.