📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Konqo Demokratik Respublikasında Ebolaya yoluxmaların sayı 780-i keçib

2026-06-15 11:09:16

Konqo Demokratik Respublikasında Ebolaya yoluxmaların sayı 780-i keçib

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma halların sayı 782-yə çatıb.

Hurriyyet.info-nun məlumatına görə, bu barədə "Reuters" hökumətə istinadən xəbər verib.

Son məlumatlara görə, 24 saat ərzində ölkədə 72 yeni yoluxma halı qeydə alınıb. 181 yoluxma ölümlə nəticələnib.

Qeyd olunur ki, epidemiya əvvəlki kimi Konqo Demokratik Respublikasının üç şərq əyaləti - İturi, Şimali Kivu və Cənubi Kivu ilə məhdudlaşır. Eyni zamanda virusun bu bölgələrdə yayılması tədricən genişlənir.