Komaya düşən Sevda Məmmədzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
2026-09-14 16:16:07
Komaya düşən Əməkdar artist Sevda Saleh Məmmədzadənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, diktorun vəziyyəti ağırdır.
“1931-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsində davam etdirilir.
Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentin vəziyyəti ağır stabil qiymətləndirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.