📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kilian Mbappe oyunda oynamayacaq

2026-05-10 17:00:50

Kilian Mbappe oyunda oynamayacaq

"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 35-ci turunda "Barselona"ya qarşı keçiriləcək oyunda oynamayacaq.

Milli.Az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu axşam keçiriləcək matç üçün heyəti açıqlayıb. Həmin heyətdə isə Kilianın adı qeyd edilməyib. Hücumçu bir gün əvvəl əsas heyətlə məşqlərə qayıtsa da, məşqçilər heyəti onun sağlamlığını riskə atmamaq qərarına gəlib.

Bu arada, Aurelien Tçuameni "Los Blancos"un heyətinə qayıdıb.