📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kia Sorento” qadını vurub öldürdü

2026-09-02 11:38:04

“Kia Sorento” qadını vurub öldürdü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.media  xəbər verir ki, dünən saat 12 radələrində 1963-cü il təvəllüdlü Y.Əsgərov 49-cu məhəllə adlanan yolda “Kia Sorento” markalı avtomobillə yolu keçən qadını vurub.

Ağır xəsarətlər alan 1980-ci il təvəllüdlü Süleymanova Gülnarə Rafiq qızı xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanıb.