📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kazemironun yeni ünvanı bəlli oldu

2026-06-20 20:12:19

Kazemironun yeni ünvanı bəlli oldu

Braziliyalı yarımmüdafiəçi Kazemiro və MLS təmsilçisi "İnter Mayami" klubu arasında müqavilənin imzalanması barədə razılıq əldə olunub.

Oxu.Az xəbər verir ki, bu transfer barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bütün tərəflər şifahi şəkildə ortaq məxrəcə gələrək lazımi formal prosedurları artıq həll ediblər. Hazırda yalnız rəsmi sənədlərin imzalanması və braziliyalı ulduzun keçidinin ictimaiyyətə açıqlanması gözlənilir. Məlumata görə, Kazemiro özü də argentinalı hücumçu Lionel Messi ilə eyni komandanın şərəfini qorumaqda xüsusilə maraqlıdır.

Xatırladaq ki, bir müddət əvvəl "Mançester Yunayted" təcrübəli yarımmüdafiəçinin klubdan ayrıldığını rəsmən elan etmişdi. Qeyd edək ki, 2025/26 mövsümündə Kazemiro İngiltərə Premyer Liqasında 34 oyuna çıxaraq 9 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.