📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər

2026-09-09 10:11:45

Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər

10–13 sentyabr tarixlərində Belarusun Minsk şəhərində kayak və kanoe üzrə “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku” beynəlxalq yarışı keçiriləcək.

Hurriyyet.media xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da nüfuzlu beynəlxalq turnirdə iştirak edəcəklər. Azərbaycanı yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.

Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.