Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib
2026-06-19 10:19:55
Futbol üzrə dünya çempionatında Kanada Qətər millisini böyük hesabla məğlub edib.
Hurriyyet.info - nun məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi 6:0 hesablı qələbəyə sevinib.
Kanadanın heyətində Conatan Devid (29, 45+4, 90+2) het-trik edib. Kayl Larin (16), Neytan Saliba (66) və Manay Mohamed (75-avtoqol) digər qolları vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələyib.