📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveçrədə verilən qərar neft bazarını silkələdi

2026-06-22 10:21:21

İsveçrədə verilən qərar neft bazarını silkələdi

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında ciddi irəliləyişin əldə olunması dünya neft bazarında qiymətlərə təsir edir.

Hurriyyet.info  xəbər verir ki, danışıqlar nəticəsində İranın neft ixracına tətbiq edilən sanksiyaların aradan qaldırılması, həmçinin Hörmüz boğazından təhlükəsiz keçidin bərpası üçün qrupun yaradılması qərara alınıb.

Həftənin ilk hərraclarında bu xəbərlər fonunda neft qiymətləri düşməyə başlayıb. Belə ki, Londonun ICE birjasında Brent markalı neft 1,20 dollar ucuzlaşmaqla 79,5 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI nefti isə 75,8 dollara ticarət olunur.