📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə

2026-09-12 18:51:12

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Kəlbəcərdə olublar.

Hurriyyet.media  xəbər verir ki, onlar “İstisu” mineral sudoldurma zavoduna baxış keçiriblər.

Baxış zamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə iranlı səfirin dialoqu maraqla qarşılanıb.

“Keçən dəfə Bişkek şəhərində  Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian gözəl bir ənənənin əsasını qoydular. Onlar qərara gəldilər ki, ancaq Kəlbəcər suyu içəcəyik, “İstisu”. Başqa sözlə desək öz suyumuzu içəcəyik. Bu gün də İran İslam Respublikasının səfiri Dəmirçilu ilə İstisu zavodundayıq. Biz də qərara gəldik ki, prezidentlərimizin iradəsinə, onların yolunun davamı olaraq Kəlbəcər suyu içək”, - Hikmət Hacıyev bildirib.