📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

2026-09-01 20:39:25

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

Qəbələ rayonunda İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hurriyyet.media  xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

29 yaşlı Lamiyə Əhmədli hovuzda boğularaq ölüb. İlkin ehtimala görə, qadın yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gedibmiş. Hadisə isə məhz günlük kirayə tutduqları evdə baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma başlanılıb.