İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu
2026-09-05 14:29:21
İstanbulun Bakırköy rayonunda hoteldə güclü yanğın olub.
Hurriyyet.media Türkiyə mətbuatına istindən xəbər verir ki, 6 mərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın sonradan qısa zamanda yuxarı mərtəbələrə yayılıb.
Hadisə yerinə gəlmiş xilasedicilər yuxarı mərtəbələrdə qalmış 7 nəfəri təxliyə edib.
Yanğın nəticəsində xəsarət almış 12 nəfər xəstəxanalara yerləşdirilib.
Təxminən 1 saat davam edən yanğın söndürülüb.

