📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail-Türkiyə münasibətlərində YENİ GƏRGİNLİK: Azərbaycan üzərindən...

2026-09-03 23:02:16

İsrail-Türkiyə münasibətlərində YENİ GƏRGİNLİK: Azərbaycan üzərindən...

İsrail və Türkiyə arasında Azərbaycan üzərindən məlumat mübadiləsi son aylarda iki ölkə arasında Suriyadakı vəziyyətlə bağlı artan gərginlik fonunda azalıb.

Musavat.com xəbər verir ki, bu barədə israilli bir rəsmi şəxs “Haaretz” qəzetinə bildirib. 

Onun sözlərinə görə, hazırda İsrailin Türkiyə ilə diplomatik münasibətləri məhdudlaşıb və iki ölkə arasında birbaşa dialoq yoxdur. Rəsmi şəxs Türkiyəni “rəqib dövlət” adlandırıb.

Ötən il İsrail və Türkiyənin yüksək vəzifəli təhlükəsizlik xidmətlərinin nümayəndələri Bakıda görüşərək Suriyada tərəflər arasında birbaşa toqquşmaların qarşısını almaq məqsədilə məlumat mübadiləsi kanalı yaratmaq barədə razılığa gəliblər. Bu mexanizm uzun müddət ərzində iki ölkə arasında gərginliyin qarşısının alınmasına imkan verib.

Lakin İsrailin yaxın günlərdə Suriyanın şimalında, Türkiyə sərhədinin yaxınlığında yerləşən aviabazaya endirdiyi zərbədən sonra İsrail və Türkiyə arasında gərginlik daha da artıb.

İsrailli rəsmi həmçinin təsdiqləyib ki, Dəməşqlə təhlükəsizlik sahəsində razılaşma əldə olunması ilə bağlı danışıqlar İsrailin qoşunlarını bufer zonasından çıxarmaqdan imtina etməsi səbəbindən nəticəsiz başa çatıb.