📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail paytaxtından Moskvaya uçuşlar dayandırıldı

2026-06-25 21:44:52

İsrail paytaxtından Moskvaya uçuşlar dayandırıldı

İsrailin “El Al”aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşlar üçün bilet satışını dayandırıb.

Hurriyyet.info  bildirir ki, İsrail paytaxtından bron etmək üçün mümkün olan ən erkən gediş tarixi iyulun 2-sidir.

İsrailin ictimai yayımı Kan daha əvvəl bildirmişdi ki, “El Al”-ın Moskvaya uçuşları dayandırmaq qərarı "Rusiya və Ukrayna arasındakı münasibətlərdə baş verən hadisələrlə" bağlıdır. Aviaşirkət gələn həftə vəziyyəti yenidən qiymətləndirəcək və bu qiymətləndirmə əsasında uçuşların bərpa edilib-edilməməsinə qərar verəcək.

Rusiyanın “Red Wings” və “Azimut” aviaşirkətləri isə Rusiya ilə İsrail arasında müntəzəm reysləri yerinə yetirməyə davam edir.