📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail müdafiə naziri:“Bofort qəsrindən çəkilməyəcəyik”

2026-06-22 11:06:55

İsrail müdafiə naziri:“Bofort qəsrindən çəkilməyəcəyik”

“İsrail qüvvələri cənubi Livandakı Bofort qəsri ərazisindən çəkilməyəcək”.

Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib. O, ərazinin Livandakı təhlükəsizlik zonasının ayrılmaz bir hissəsini təşkil etdiyini, Qalileyanın ərazilərinin və İsrail ordusunun qüvvələrinin müdafiəsi üçün vacib olduğunu bildirib

Qeyd edək ki, İsrail ordusu orta əsrlərdə tikilmiş bu strateji qalanı may ayının sonunda ələ keçirib./Bakıvaxtı.az /