📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Livanı bombardman etdi: Xəstəxana və yaşayış binası dağıdıldı, ölənlər var

2026-09-06 18:09:29

İsrail Livanı bombardman etdi: Xəstəxana və yaşayış binası dağıdıldı, ölənlər var

İsrail Hərbi Hava Qüvvələri Livanın cənub ərazilərinə kütləvi aviazərbələr endirməkdə davam edir.

Hurriyyet.media  xəbər verir ki, "Al Jazeera" telekanalının yaydığı məlumata görə, İsrail aviasiyasının Livanın cənub bölgəsini bombardman etməsi nəticəsində ən azı dörd nəfər həlak olub.

Hücumlar zamanı İsrailə məxsus qırıcı təyyarə Nəbətiyə rayonunun Ərəbsəlim qəsəbəsində yerləşən üçmərtəbəli yaşayış binasına iki raket zərbəsi endirərək binanı tamamilə dağıdıb. Bununla yanaşı, Nəbətiyə əl-Fauqa yaşayış məntəqəsində yerləşən "Qandur" xəstəxanası da hava zərbələri nəticəsində yerlə-yeksan olub.

Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir, ölənlərin və yaralananların sayının artacağı istisna olunmur.