📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Livana cavab zərbələri endirib

2026-09-06 13:23:55

İsrail Livana cavab zərbələri endirib

İsrail Müdafiə Qüvvələri iki pilotsuz uçuş aparatının iştirakı ilə həyata keçirilən hücuma cavab olaraq Livanın cənubuna zərbələr endirdiyini açıqlayıb.

Hurriyyet.media xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında bildirilib.

İsrail ordusunun məlumatına görə, “Hizbullah” tərəfindən buraxılan PUA-lar Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən mövqeləri hədəf alıb. Hərbçilər atəş açaraq PUA-lardan birini vurub salıblar.

İsrail ordusu hazırda cənubda zərbələr endirdiyini bildirib. Açıqlamada qeyd olunub ki, PUA hücumu zamanı İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.