📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail "Hizbullah"la atəşkəs razılığı əldə edib

2026-06-19 19:05:45

İsrail

İsrail və Livandakı “Hizbullah” arasında atəşkəs barədə razılıq əldə edilib.

Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyinə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisi məlumat verib.

Məlumata görə, tərəflər arasında əldə olunan atəşkəs bu gün yerli vaxtla saat 16:00-da qüvvəyə minməlidir.

Hələlik İsrail, “Hizbullah” və ya rəsmi Livan hakimiyyəti tərəfindən razılaşma ilə bağlı rəsmi açıqlama verilməyib.