📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail F-35 səviyyəli döyüş pilotsuz aparatı yaratmaq niyyətindədir

2026-07-30 10:44:19

İsrail F-35 səviyyəli döyüş pilotsuz aparatı yaratmaq niyyətindədir

İsrail xüsusiyyətlərinə görə Amerikanın F-35 qırıcısından geri qalmayacaq döyüş pilotsuz təyyarəsi yaratmağı planlaşdırır.

Hurriyyet.media  xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail Amerikanın hərbi yardımından asılılığı tədricən azaltmaq, onu silahların hazırlanması və istehsalı üzrə birgə proqramlarla əvəz etmək niyyətindədir.

Qeyd olunub ki, bu strategiya çərçivəsində imkanlarına görə F-35 qırıcısı ilə müqayisə oluna bilən döyüş pilotsuz təyyarəsinin yaradılması planlaşdırılır. Agentliyin mənbəsinin sözlərinə görə, layihənin icrasına digər ölkələr də cəlb oluna bilər.