İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - Video
2026-09-13 13:51:46
İsmayıllıda avtomobil aşıb.
Hurriyyet.media məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonuun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb və avtomobildə yanğın baş verib.
Hadisə zamanı avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, avtomobildə olan sərnişin, onun həyat yoldaşı 31 yaşlı Münəvvər Abdullazadə isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.