📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan o xəritələri NİYƏ vermir? – Bişkek görüşündən sonra...

2026-09-02 18:39:07

İrəvan o xəritələri NİYƏ vermir? – Bişkek görüşündən sonra...

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 24-dən 30-dək görülən işlərin həftəlik statistikası açıqlanıb. Bu barədə ANAMA məlumat yayıb. Hesabat həftəsində ərazilərin minalardan və partlayıcı sursatlardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 689 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 20 milyon 487 min 454 kvadratmetr (2 048,7 hektar) ərazi mina və partlayıcı sursatlardan təmizlənib.

Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri artıq bərpa olunur, neft məhsullarımız ixrac olunur, Bişkekdə liderlər görüşürlər, lakin hələ də mina xəritələrinin hamısı ölkəmizə verilməyib. Son hesabat göstərir ki, yüzlərlə mina aşkarlanıb.
2020-ci ilin noyabrından bəri Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 433 nəfər zərər çəkib. Onlardan 73-ü həlak olub, 360 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər, jurnalistlər, dövlət qulluqçuları, fermerlər, uşaqlar və yaşlılar da var. Mina fərq qoymur. Ancaq bu rəqəmlər statistikadan daha artıq məna daşıyır. Onların hər biri yarımçıq qalan bir ömür, faciə yaşayan bir ailə, dəyişən bir insan taleyidir. Ermənistan xəritələri təhvil vermirsə, Azərbaycan təzyiq xarakterli hansı addımları atmalıdır? Bəlkə neft ixracını dayandıraq?

Fikrət Yusifov:

Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, sülh müqaviləsi imzalanana qədər İrəvanın mina xəritələrini Azərbaycana verməməsinin yeganə səbəbi hər hansı bir təsir imkanını əldə saxlamaqdır: "İrəvan hesab edir ki, sülh prosesində zərurət yaranarsa, bu yolla Azərbaycana təsir etmək mümkün olar. Ermənistan hökumətinin bu davranışı əslində, erməni xislətinə uyğun haldır. Bizdən fərqli olaraq, ermənilər heç kimlə səmimi ola bilmirlər. Bu, onların genində yuva salmış bir xəstəlikdir. Qonşu kimi bir məkanda yaşasaq da, keçmişdə baş verənləri unutmaq qədər sadəlövh olmamalıyıq...”

Fikrət Yusifov qeyd edib ki, Köçəryan, Sərkisyan kimilərin iqtidara gəlməsi riski həmişə var: “Torpaqlarımızı yağmalamaq üçün son 40 ilə yaxın bir zaman kəsiyində bu alçaqların nə qədər azərbaycanlını qətlə yetirdiyini unutmaq olarmı? Olarsa, biz milli kimliyimizi itirmiş olarıq. Ona görə, bu gün ermənilərlə yaradılan münasibətlər müstəvisində tarixdə indiyə qədər dəyərləndirə bilmədiyimiz və bizə acılar yaşatmış bütün məqamları göz önünə almalıyıq".