📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ABŞ-ın Yaxın Şərqdəki 18 obyektinə zərbə endirib: Çoxlu sayda qırıcı məhv olub?

2026-06-11 10:12:28

İran ABŞ-ın Yaxın Şərqdəki 18 obyektinə zərbə endirib: Çoxlu sayda qırıcı məhv olub?

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana zərbələrinə cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum edib.

Hurriyyet.info xəbər verir ki, məlumatı İran mənbələri yayıb.

SEPAH Əl-Salim, Əhməd əl-Cabir (Küveytdə - red.) və Şeyx İsa (Bəhreyndə - red.) hava bazalarında yerləşən 18 əsas ABŞ hərbi hədəfinə zərbə endirdiyini bəyan edib.

Bundan əlavə, İran ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının bazasına müxtəlif hücum dronları ilə hücum edildiyini və "Patriot sisteminin rabitə antenaları və radar aktivləri"nin hədəf alındığını bildirib:

"SEPAH-ın Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək ABŞ-ın F-35, F-15 və F-16 qırıcı təyyarələrinin yerləşdirilmə yerlərini, eləcə də Əl-Əzraq hava bazası və komandanlıq mərkəzindəki əsas ABŞ hərbi obyektlərini vuraraq bu obyektləri və çox sayda qırıcı təyyarəni məhv edib".