📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

iPhone tarixində böyük dönüş – Ekranı qatlanan modelini çıxarır, od qiymətinə

2026-09-03 22:54:48

iPhone tarixində böyük dönüş – Ekranı qatlanan modelini çıxarır, od qiymətinə

Apple-ın qatlanan iPhone modeli şirkətin indiyədək satışa çıxardığı ən bahalı telefon ola bilər.

Musavat.com xəbər verir ki, Avstraliyada Vodafone operatoru təsadüfən cihazın öncədən sifariş səhifəsini açıq vəziyyətə gətirib. Həvəskarlar Avstraliya və ABŞ-dakı qiymət fərqini əsas götürərək yeni modelin ABŞ bazarındakı qiymətlərini hesablayıblar.

Hesablamalara görə, 256 GB yaddaşa malik baza iPhone Ultra təxminən 2 499 dollara başa gələcək.

1 TB yaddaşlı ən yüksək versiyanın qiymətinin isə təxminən 3 199 dollar olacağı bildirilir.

Vodafone-un səhifəsindəki məlumata görə, qatlanan iPhone üçün öncədən sifarişlərin sentyabrın 12-də başlaması nəzərdə tutulur.